Modern.az

İlham Əliyev Serj Sərkisyanla ilin sonuna qədər görüşə bilər - ATƏT

İlham Əliyev Serj Sərkisyanla ilin sonuna qədər görüşə bilər - ATƏT

3 Aprel 2015, 17:10

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 31-də Vyanada keçirdikləri görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər görüşünü təşkil etmək barədə müzakirə aparıblar. Modern.az-ın xəbərinə görə, bu barədə ATƏT-in mətbuat xidmətindən məlumat verilib.

“Həmsədrlər Vyanada rüblük görüş keçiriblər. Onlar cəbhə xəttindəki son gərginliyi və məsələnin diplomatik səylərlə həlli yolu barədə fikir mübadiləsi aparıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri sülh müqaviləsinin imzalanmasına şans verəcək Əliyev-Sərkisyan görüşünün ilin sonuna qədər keçirilməsinin mümkünlüyünü və vacibliyini də müzakirə ediblər”.

Vüqar İsmayılov       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə