Milli Məclisin bu gün keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, layihədə sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.
Deputat Sevinc Fətəliyeva isə qeyd edib ki, layihədə sosial reklamların verilməsi ilə bağlı məsələlərin öz əksini tapması təqdirəlayiqdir.
Zahid Orucun fikrincə, “Televiziya və radio yayımı haqqında” qanunda da dəyişikliklər edilməlidir. O, şou verilişlərinin Azərbaycan televiziyalarında çox olmasını tənqid edib.
Aqşin Kərimov