Modern.az

Deputat Musa Quliyev Messinin reklamına irad bildirdi: “Ayağında top yoxdur”

Deputat Musa Quliyev Messinin reklamına irad bildirdi: “Ayağında top yoxdur”

3 Aprel 2015, 17:22

“Bu gün məktəb dəftərlərin üstündə Messinin reklamı gedir, amma ayağında top yoxdur, əlində “Pepsi” var”.

Modern.az xəbər verir ki, bunu “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Musa Quliyev deyib. O bildirib ki, bu cür reklamlardan sonra məktəblilərin sərinləşdirici içkilərə marağı artır: “Məktəbli “Pepsi”ni görür, həvəslənir və gedib onu alır. Halbuki, bu içkilər insan orqanizminə ziyandır”.

Musa Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır. Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir: “İctimai yerlərdə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə