Aprelin 13-dən 19-dək “Natavan Gallery”də gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı sərgisi açılacaq. Modern.az Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən xəbər verir ki, sərgidə rəssamın kvilling texnikası ilə hazırladığı işlər nümayiş olunacaq.
Kvilling incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində yaranıb. Hesab olunur ki, kvillingi monarxlar icad edib. Onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill -ingilis dilində “quş lələyi” deməkdir.