Modern.az

Elman Rüstəmova yalnız bu deputat səs vermədi

Elman Rüstəmova yalnız bu deputat səs vermədi

3 Aprel 2015, 18:01

 

Bu gün Milli Məclisdə Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə səs verən yeganə deputat Fazil Mustafa olub.

Modern.az xəbər bildirir ki, bu açıqlamanı deputat özü verib.

O qeyd edib ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır: “Ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə