Milli Məclisin bugünkü iclasında “Reklam haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, deputatların çıxışından sonra layihə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir.
Layihənin müəllifləri İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlidir.
Aqşin Kərimov