Modern.az

Qobaçovun maşını qəzaya düşdü

Qobaçovun maşını qəzaya düşdü

3 Aprel 2015, 22:35

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun da içərisində olduğu avtomobil Moskvanın şimalında qəzaya uğrayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, Qorbaçov özü qəza zamanı xəsarət almayıb. Qəzadan dərhal sonra onun üçün daha bir maşın gəlib, Qorbaçov sərbəst şəkildə əyləşərək öz işlərinin arxasında gedib.

Qorbaçov özü də yol-nəqliyyat hadisəsinin baş verdiyini təsdiqləyərək deyib ki, sürücüsü də xəsarətsiz ötüşüb. Bundan əlavə, keçmiş siyasətçinin sözlərinə görə, qəza onun planlaşdırdığı işləri görməsinə mane olmayıb:

“Mənimlə mühafizə xidmətinin zabiti də gedirdi. O, situasiyanı aydınlaşdırmaq üçün hadisə yerində qaldı, mən isə çıxıb getdim. Qəzada kimin təqsirkar olduğunu bilmirəm, bunu yol polisi aydınlaşdırmalıdır. Biz ümumi xətlə bütün maşınlarla birgə gedirdik”.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qorbaçovun oldiuğu “Mercedes” qarşıdan gələn avtomobillərin hərəkət zolağında xüsusi siqnal işığı yandırıraq gedib. Öz zolağı ilə hərəkət edən “Reno” avtomobili digər cərgəyə keçə bilib və bu zaman keçmiş prezidentin maşını ilə toqquşub.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə