Modern.az

Yəməndən 6 Azərbaycan vətəndaşı təxliyyə olundu

Yəməndən 6 Azərbaycan vətəndaşı təxliyyə olundu

3 Aprel 2015, 23:35

Bu gün 6 Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə vasitəsilə Yəməndən təxliyyə olunub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Çkalovsk aerodromunda eniş edən təyyarədəki 150 sərnişnidən 6-sı Azərbaycan vətəndaşı olub. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Yəməndən 2 təyyarə vasitəsilə 152- Rusiya, 47 Özbəkistan, 16 Belarus, 8 Ukrayna, 6 Azərbaycan, 4 Qırğızıstan, və 4 Moldova vətəndaşı təxliyyə olunub.   

Aprelin 4-ü səhər Yəməndən Rusiya və MDB ölkələrinin vətəndaşlarını evakuasiya etmək üçün daha bir təyyarə göndəriləcək.

Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə