Modern.az

Hakimiyyətə qayıtmaq istəyən Köçəryan ailəsi - FOTOLAR

Hakimiyyətə qayıtmaq istəyən Köçəryan ailəsi - FOTOLAR

4 Aprel 2015, 12:37


Robert Köçəryan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ilk (1994-1998), Ermənistanın isə 2-ci (1998-2008) prezidenti olub. 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkata başçılıq edən Köçəryan hazırda aktiv siyasətlə məşğul deyil. O, Rusiyanın texnologiya, telekommunikasiya, sığorta, daşınmaz əmlak, KİV, pərakəndə ticarət, bank sekroru, neft istehsalı və emalı kimi sahələrdə çalışan şirkətlərini birləşdirən “Sistema” ASC-nin direktorlar şurasının üzvüdür. Bu illər ərzində siyasi fəaliyyəti daim diqqət mərkəzində olmaqla bərabər Robert Köçəryanın şəxsi həyatı – həyat yoldaşı və övladları da ictimaiyyətin diqqətində olublar.

Məlumatlara görə, Köçəryan Ermənistanda yenidən hakimiyyətm başına qayıtmağı düşünür.

Modern.az saytı Robert Köçəryanın ailəsi – valideynləri, həyat yoldaşı və övladları barədə informasiyanı təqdim edir.  

Atası Sedrak Sarkisoviç Köçəryan 1910-cu ildə Dağlıq Qarabağda doğulub. O, Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirib və uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində rəhbər vəzifələrdə - kənd təsərrüfatı idarəsinin rəisi, icraiyyə komitəsi sədrinin 1-ci müavini, vilayət komitəsi bürsonun üzvü olub. Kənd təsərrüfatı elmləri doktoru kimi elmi araşdırmalarla məşğul olub. Sedrak Köçəryan 1977-ci ildə ölüb.

Anası Emma Arsenovna Ohanyan 1926-cı ildə Qarabağın keçmiş Hadrut qəsəbəsində doğulub. Yerevanda Veterinar İnstitutunu bitirib və bundan sonra Xankəndidəki regional eksperimental stansiyada baş elmi işçi kimi çalışıb. Hazırda təqaüddədir.


Həyat yoldaşı Bella Köçəryan
1954-cü il yanvarın 31-də Xankəndidə andan olub. 1978-ci ildə Yerevan Tibb İnstitutunun sanitar-gigiyena fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sanitar-epidimioloji stansiyasında bakterioloq, sonradan isə həkim-epidemioloq işləyib. Bir müddət stansiya müdirinin müavini kimi çalışıb. Hazırda Bella Köçəryan aktiv ictimai fəaliyyətlə məşğuldur. O, “Ermənistan uşaqlarına yardım fondunun Dostlar şurası”nın fəxri sədridir.


Böyük oğlu Sedrak Köçəryan
1981-ci il iyulun 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1998-2002-ci illərdə Yerevan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. 2005-ci ildə isə həmin fakültənin magistraturasını bitirib. Sedrak Köçəryan 2002-ci ildən bizneslə məşğuldur. O, “Fast Kart” ASC, “Pley Siti” idman-əyləncə mərkəzi, “Toyota” şirkətinin Ermənistandakı rəsmi dileri “Toyota Yerevan”, dünya paltar brendlərini Ermənistanda təmsil edən “Qritti” ASC və kənd təsərrüfatı biznesi ilə məşğul olan “Qrinhaus” kompleksinin sahibidir. Biznemsen ovçuluq, qış idman növləri və snoubordla məşğul olmağı sevir. Sedrak Zarui Badalyanla evlidir və bu nikahdan Bella, Ani, Emma adlı 3 qız övladına sahibdir.  


Gəlini Zarui Vladimirovna Badalyan
1981-ci il mayın 26-da Yerevanda anadan olub. 2001-ci ildə Yerevan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bakalavr pilləsini, 2003-cü ildə isə magistr pilləsini bitirib. 2002-2008-ci illərdə Ermənistan Mərkəzi Bankının bank nəzarəti, metedologiyası və analizi şöbəsində analitik kimi çalışıb. 2008-ci ildən “Qritti” şirkətinin Direktorlar Şurasının üzvüdür.


Qızı Qayane Köçəryan
1983-cü il sentyabrın 23-də Xankəndi şəhərində anadan olub. 2000-ci ildə Yerevan məktəblərindən birini qızıl medalla bitirib və Yerevan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2005-2006-cı illərdə London Universitetində Beynəlxalq hüquq fakültəsində təhsilini davam etdirib. 2006-2007-ci illərdə Ermənistan Ədliyyə Nazirliyində aparat rəhbərinin məsləhətçisi kimi çalışıb. Viqen Çatinyanla evlidir.


Kürəkəni Viqen Arayeviç Çatinyan
1984-cü il yanvarın 27-də Yerevanda anadan olub. 2000-2005-ci illərdə Moskva Dövlət İdarəetmə Universitetinin Milli və dünya iqtisadiyyatı fakültəsində oxuyub. 2005-2008-ci illərdə isə həmin universitetin aspiranturasında təhsilni davam etdirib. İqtisadiyyat elmləri namizədi elmi dərəcəsi alıb.
2008-ci ildə Ermənistanda yaratdığı “Bars Plyus” ASC-nin direktoru olub. 2009-2010-cu illərdə “ArmRosqazprom”da sosial infrastruktur proqramları şöbəsində aparıcı mütəxəssis kimi çalışıb.
2010-2011-ci illərdə isə həmin şöbəyə rəhbərlik edib. 2011-ci ilin fevralından Yerevan meriyasının beynəxlaq infrastruktur layihələrinin koordinasiyası şöbəsinin rəisidir.


Robert Köçəryanın kiçik oğlu Levon Köçəryan
1985-ci il noyabrın 16-da Xankəndidə anadan olub. 2002-ci ildə Yerevan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 2006-2008-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Hərbi Vasitələr İdarəsində xidmət keçib. 2008-ci ildən “Nairi İnşurans” sığorta şirkətinin səhmdarı və şura üzvüdür. Siranuş Arutunyanla evlidir və 1 oğlu var.


Gəlini Siranuş Arutunyan
1987-ci il yanvarın 7-də Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. Uşaq yaşlarından ifaçılıq sənəti ilə məşğul olub. 2008-ci ildə Ermənistanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və 4-cü yerə layiq görülüb. Hazırda müğənni kareyrasını davam etdirir.  

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə