Modern.az

XİN: “Yəməndəki azərbaycanlıların əksəriyyəti birgə nikahda olan şəxslərdir” - AÇIQLAMA

XİN: “Yəməndəki azərbaycanlıların əksəriyyəti birgə nikahda olan şəxslərdir” - AÇIQLAMA

4 Aprel 2015, 13:03

Xarici  İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytına Yəməndən çıxarılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verib. O, bildirib ki, bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib:

“Bu dəstəyə görə, Rusiya Federasiyasına təşəkkür edirik. Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik.

Növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı Səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.

Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik.

Ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşlar ilə əlaqələndirməni davam etdirir. Yəməndəki hadisələrlə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə