Onun sözlərinə görə, bundan əvvəlki mitinqə isə İslam Partiyası dəvət edilmişdi: “Sonra Milli Şuranın üzvü Fuad Qəhrəmanlı bunu inkar etdi, İslam Partiyasının mitinqdə iştirakını istəmədiklərini bildirdi. Ancaq bu dəfə mitinqdəki iştirakımızı istədiklərinə əmin olmalıyıq. Əvvəllər də buna bənzər situasiya ilə üzləşmişik. Hiss olunur ki, Milli Şura partiyanın mitinqlərdəki iştirakından narazıdır”.
Partiya funksioneri narazılığın səbəbini bilmir: “Əmin olsaq ki, mitinqdə iştirakımızı istəyirlər, dəvət var, bunu idarə heyəti ilə müzakirə edərik.
Dəvət olmadığına görə dəyərləndirmə də yoxdur. Bizim onlara qarşı münasibətimiz son dərəcə xoşdur. Xalqın oğullarıdır, həmişə haqq yolunda mübarizə aparırlar. Bütün mübariz insanları dəstəkləyirik. Köməyimizin faydalı olacağını görsək, mitinqə gələrik”.
Qeyd edək ki, AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı dindarları aprelin 5-də keçiriləcək mitinqdə iştirak etməyə çağırıb.
Yeganə OQTAYQIZI