Modern.az

Türkiyəli jurnalistlər ADA Universitetində oldular - FOTOLAR

Türkiyəli jurnalistlər ADA Universitetində oldular - FOTOLAR

4 Aprel 2015, 14:37



Bu gün Böyük İpək Yolu Gənclər İttifaqının təşkilatçılığı, “İrəli” İctimai Birliyi, və ADAU-nun dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası Universitetində “Azərbaycan Türkiyə əlaqələrində tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf perspektivlərində medianın aparıcı rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, dövlət rəsmiləri, millət vəkilləri, ictimai və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə mühüm diqqət yetirir. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qalxmasını, beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəklədiyimizin tarixi dostluğumuzun təməl prinsiplər üzrərində qurulduğunu diqqətə çatıdırır.

Millət vəkili tarixin bütün dövlətində Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” Mustafa Kamal Atatürkün, 1918-ci ildə Azərbaycanı erməni-daşnak qüvvələrindən təmizləyən Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq. Millət vəkilini bir müddət sonra 100 illik yubileyi qeyd olunacaq Çanaqala zəfərinə də toxunub, qeyd edib ki, Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət edir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq bu tədbirin məhz ADAU-da keçirlməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.

Türkiyə Qəzetəçilər Federasiyasının t’msil,il’ri Yılmaz Karaca, Mehmet Ali Dim çıxış edərək bildiribl’r ki, Türkiyə-Azərbaycan əlaqələrinin geniş tarixi var. İki ölkə daimi olaraq müxtəlif sahələrdə əməkdaşlıq edir. Mədəniyyətlərarası inteqrasiyadan əlavə olaraq dövlətlərarası bir çox müqavilələr imzalanıb. Bütün bunlar göstərir ki, Azərbaycana Türkiyədən, Türkiyəyə Azərbaycandan əziz ikinci bir ölkə yoxdur.

Millət vəkili Sahibə Qafarova bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.

Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bütün sahələrdə bir-birini dəstəkləyib və bu birlik bundan sonra davam edcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu inkişaf üçün isə media əsas rol oynamalı Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatıdırlmalıdır. Eyni zamanda hər iki ölkə ilə bağlı ikili standartlarla yanaşmala, qərəzli mövqelərə qarşı birgə mübarizə aparılmalıdır. Parlament

Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı avqust ayında Ağdam səması üzərində vurulan, Ermənistana məxsus hərbi vertolyot haqqında Türkiyə mediasında olan yalnışlıqları önə çəkərək bildirib: “Bir məsələni diqqətinizə çatdırım ki, o zaman Qarabağla bağlı yalnış məlumat getmişdi. Mən CNN Türk-ə, “Sabah” qəzetinə zəng etdim və bu yalnışlıq aradan qaldırıldı. Biz bu gün çalışmalıyıq ki, türk mediası tərkibində belə yalnışlıqlar bir də yaşanmasın. Biz bu kimi məsələlərdə ortaq bir dildə danışmalıyıq. O dil Azərbaycan və Türk dili deyil, o dil ortaq dəyərlərimizin danışacağı bir dil olmalıdır”.
 
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türkiyə ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının qarşılıqlı əlaqələrindən danışıb. Tədbirdə Yap Gənclər Təşkilatının sədri Seymur Orucov, Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Dünya Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı da çıxış edərək fikirlərini bildiriblər.

Azərbaycana dəvət edilən türkiyəli jurnalistlərin səfəri aprelin 5-də başa çatacaq.
















Şahin Qocayev
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə