Modern.az

Azərbaycanda 561 xəstənin böyrəyi dəyişdirilib

Azərbaycanda 561 xəstənin böyrəyi dəyişdirilib

5 Aprel 2015, 12:41

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı ildən ildə artır.
Səhiyyə Nazirliyinin məlumatına hazırda 2635 nəfər belə xəstə dövlət hesabına hemodializ müalicəsi alır.
2010-cu ildən başlayaraq Azərbaycanda xəstə insanlar üzərində böyrəkköçürmə əməliyyatları aparılır. Modern.az saytı xəbər verir ki, Respublika Kliniki Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayevin bildiridiyinə görə, bu günə kimi Azərbaycanda canlı donorların köməyilə 197 böyrək transplantasiyası həyata keçirilib. 2014-cü ildə 68 belə əməliyyat aparılıb.
Bununla yanaşı, bəzi xəstələr xarici ölkələrdə, o cümlədən İran, Türkiyə, İsrail, Almaniyada böyrək transplantasiyası etdiribləe.
Ümumilikdə hazırda Azərbaycanda 561 böyrək köçürülən xəstə dispanser qeydiyyatındadır.

Qeyd edək ki, Azərbaycanda böyrək transplantasiyası əsasən Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində aparılır. Bu şöbənin müdiri Mircəlal Kazıminin verdiyi məlumata görə, böyrək əməliyyatı 12 min manata həyata keçirilir.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə