Bir zamanlar ermənilər “soyqırımı”nın 100 illiyinə hazırlıq işlərinə məxfi proqramın hazırlandığı haqqında məlumat verərkən, bizə təəccüblü gəlmişdi… İndi isə bu məxfi proqramlar etaplar üzrə aşağıdakı kimi yerinə yetirilməkdədir.
Aprelin 24-ü yaxınlaşdıqca, Ermənistanda sözdə “soyqırımı”nın 100 illiyinə hazırlıq işləri də vüsət almaqdadır. Belə ki, dünyanın hər yerində ağılagəlməz tədbirlərin təşkili və keçirilməsi istər – istəməz hadisələrdən xəbərsiz insanlarda fikir ayrılığına səbəb olacaq bir gücə malik təbliğat vasitəsinə çevrilməkdədir. Qəribəsi də odur ki, bu işdə ermənilər türk mətbuatından daha çox istifadə edirlər. Biz isə hələ də gözləmə mövqeyindəyik.
ASALA Türkiyəyə hədə-qorxu gəlir. “Türkiyəyə qarşı əsgəri hərəkatımız yenidən başlaya bilər. Ərdoğan tərəfindən aprelin 24-də Türkiyədə bayram keçirilməsi erməni xalqına, bütün insanlığa və 1,5 milyon erməni qurbanlarının xatirəsinə bir həqarətdir, həm də meydan oxumaqdır. Tədbirlərə dəvət edilmiş ölkələrin təmsilçiləri isə bilməlidirlər ki, onlar Türkiyənin insanlığa qarşı siyasətini dəstəkləmək üçün iştirak edirlər. Türkiyənin azad düşüncəyə malik toplumunu və bütün xalqları Ərdoğanın bu təklifinə protest etməyə çağırırıq. Əgər Ərdoğanın planladığı bayram tədbirləri həqiqətə çevrilərsə, Ermənistanın qurtuluşu üçün erməni gizli ordusu (ASALA) Türkiyəyə qarşı əsgəri əməliyyatlara yenidən başlama planını həyata keçirməyə hazırdır” –deyə ASALA bəyan edib.
Bundan başqa, aprel ayının ilk günlərində erməni diasporunun təşkil etdiyi aşağıdakı tədbirlər də diqqət çəkəndir :
- Fransanın Mədəniyyət radıosunda 1 fəftə ərzində “Erməni soyqırımı” məsələsi müzakirə olunacaq.
- ABŞ-ın Havay əyalətinin Senatı “Erməni soyqırımı”nı tanıdı.
- Kiyevdə yüksək binalar üzərində “erməni soyqırımı” haqqında plakatlar yerləşdirilib.
- Aprelin 24-də Aimaniya parlamentində “erməni soyqırımı” məsələsi müzakirə olünacaq: uzun illərdir ki, Almaniyanin siyasi dairələri “erməni soyqırımı” məsələqini qəbul etməkdən imtina edirdilər. Ermənilərin ümidi ona gəlir ki, bəlkə 100 illiyə görə almanlar insafa gəldilər.
- Aprelin 24-də İstanbulda 1915-ci ildə ölən erməni aydınlarına həsr olunan konsert keçiriləcək (Başqa tədbirlər hələlik gizli saxlanılır).
- Bundan başqa aprelin 24-də Yerevanın Respublika meydanında 42 ölkədən 100 musiqiçinin iştirakı ilə konsert keçiriləcək.
- Maraqlıdır ki, Yerevanda, İstanbulda və dünyanın bir çox şəhərlərində matəm əvəzinə konsertlər təşkil etməyə hazırlaşan erməni diasporu Türkiyədə keçiriləcək bayram tədbirlərinə narazılığını bildirir.
İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları mərkəzinin
böyük elmi işçisi