Modern.az

“İlham Əliyevin səfəri İranın əleyhinə çevrilməyib”

“İlham Əliyevin səfəri İranın əleyhinə çevrilməyib”

6 Aprel 2015, 11:05

 

“Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri düzgün seçilmiş siyasi addımdır. Regionda vəziyyətin kifayət qədər gərginləşdiyi və sərhədlərin yenidən müəyyənləşdirilməsi uğrunda mübarizənin getdiyi bir vaxtda Azərbaycan dövlət başçısının Səudiyyə Ərəbistanına səfər etməsi təqdirəlayiqdir”.

Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan prezidentinin  Səudiyyə Ərəbistanı Krallığına səfərini şərh edərkən deyib. O bildirib ki, uzun müddətdir Səudiyyə Ərəbistanı Krallığı ilə normal münasibətlər qurub.

Ekspertin sözlərinə görə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrini inkişaf etdirməsi tamamilə doğru siyasətdir. Qabil Hüseynli Azərbaycanın sözügedən ölkə ilə əlaqələrinin İranın narazılığına səbəb ola biləcəyi ilə bağlı iddiaları da şərh edib:

“Bu səfər, ümumiyyətlə, Azərbaycanın bu ölkə ilə əlaqələri İran əleyhinə çevrilməyib. Azərbaycan İranla da münasibətlərini normal şəkildə inkişaf etdirib”.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedib.  

Aqşin Kərimov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə