Azərbaycan prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına dünəndən başlayan rəsmi səfəri bu gün də davam edir. Ölkə başçısını bu səfərdə ailə üzvləri müşayiət edir.
Modern.az-ın məlumatına görə, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfərini əks etdirən şəkillər sosial şəbəkələrdə yerləşdirilib. Məlumata görə, İlham Əliyev ailə üzvlərilə birgə Ciddə şəhərinə gedərək Ümrə (kiçik həcc) ziyarətində olub.