Modern.az

Millət vəkili Brüsselə gedir

Millət vəkili Brüsselə gedir

Təhsil

6 Aprel 2015, 15:30


Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Saziş (EPAS) tərəfindən  Belçikanın Brüssel şəhərində 8 aprel 2015-ci il tarixdə Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminar keçiriləcək.

Modern.az xəbər verir ki, seminarda  “Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N(99)10” və  2010-ci ildə Bakıda keçirilmiş Avropa Şurası İdman Nazirlərinin 18-ci qeyri-formal iclasında qəbul edilmiş “Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı 2.1 saylı qətnamə üzrə müzakirələr aparılacaq. 

Seminarın əsas məqsədi müxtəlif ölkələrin təcrübələri əsasında Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi barədə ən qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır. Seminarda həmçinin Azərbaycanın bu sahədə olan ən yaxşı təcrübələri barədə də məlumat verilməsi nəzərdə tutulub.

Seminarda Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak edəcəklər. Tədbirin yekunları barədə məlumat veriləcək. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə