Modern.az

Azərbaycanda səfir vəfat edib

Azərbaycanda səfir vəfat edib

7 Aprel 2015, 09:40


Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda vəfat edib. Latviyalı diplomat aprelin 6-da vəfat edib.

Azərbaycan Xarici İşlər Nazirliyi səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin! Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə