Modern.az

Elton Məmmədov: “Ziya Məmmədovla bağlı deyilənləri şərh etmək istəmirəm”

Elton Məmmədov: “Ziya Məmmədovla bağlı deyilənləri şərh etmək istəmirəm”

Təhsil

7 Aprel 2015, 10:55


Bu ilin fevralında  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cavid Qurbanov prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bu təyinatı nəqliyyat naziri Ziya Məmmədova qarşı hal kimi dəyərləndirənlər oldu.

Yeni vəzifəyə təyinat alanda C.Qurbanov jurnalistləırə açıqlamasında Z.Məmmədovla aralarında hüç bir münaqişənin yaşanmadığını bildirsə də, son günlər mövzu yenidən gündəmə gətirilib.
 
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı,  Milli Məclisin deputatı, Elton Məmmədov Modern.az-a açıqlamasında sözügedən təyinatı qardaşına qarşı xoşagəlməz hal kimi dəyərləndirənlər  üçün məsələni belə şərh edib.

“Ümumiyyətlə, bu cür məsələləri şərh etmirəm. Bir halda ki, belə fikirlər səsləndirirlər, o zaman onlara qısa və lakonik cavab vermək istəyirəm: dövlət başçısının  istənilən  sərəncamına hər bir vətəndaş hüquqi-dünyəvi dövlət olan Azərbaycanda yaşayan insan kimi yaxşı baxmalıdır və müzakirə etməməlidir. Təyinat alana can sağlığı  arzu edirəm. Allah cənab prezidentimizi isə bizə çox görməsin”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə