“Aprelin 7-də Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han, eləcə də Avropa Şurasının nümayəndələri Azərbaycana səfər edəcək”. Məlumatı Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin prezident İlham Əliyevlə görüşü gözlənilir: “Mərhum prezident Heydər Əliyevin ad günü ərəfəsində əfv və ya amnistiya olacağına ümid edirik. Bu baxımdan görüşün hansısa müsbət nəticəsi olacağını gözləyirik. Sözsüz ki, əfv sərəncamının verilməsi prezidentin müstəsna səlahiyyətidir. Bu məsələdə hər şey Azərbaycanda həll olunur. Hesab edirəm ki, nümayəndə heyətinin gəlib burda nəyisə xahiş etməkləri əfv və ya amnistiya ilə bağlı nəyisə dəyişdirə bilər”.
Novella Cəfəroğlu onu da əlavə edib ki, nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də gözlənilir.
Yeganə OQTAYQIZI