Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşkilatçıaılığı ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin baş redaktorlarlarla görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşdə bir sıra məsələlərdən danışılıb. Həmçinin yeni Sirk binasının tikilməsi ilə bağlı da məlumat verilib. Bu haqda danışan nazir Ə.Qarayev prezident İlham Əliyevin yeni Sirk binasının tikilməsi barədə xüsusi tapşırıq verdiyini bildirib. Nazir həmçinin yeni Sirk binasının 3-4 variantda layihəsinin hazırlandığını da qeyd edib.
Modern.az