Modern.az

MTN-in zabiti özünü öldürüb

MTN-in zabiti özünü öldürüb

8 Aprel 2015, 17:30


Bakıda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 8-də səhər saat 10 radələrində Bakının Nərimanov rayon sakini Azər Əliyev yaşadığı Həsənoğlu küçəsi, 6 ünvanında çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib. O, MTN-in zabiti, polkovnik-leytenant Azər Əliyevdir.

Modern.az   

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə