Modern.az

İranda zəvvarların Səudiyyə Ərəbistanına Həcc ziyarəti dayandırıla bilər

İranda zəvvarların Səudiyyə Ərəbistanına Həcc ziyarəti dayandırıla bilər

Təhsil

9 Aprel 2015, 00:00


İran Məclisinin 70-dən çox deputatı iranlı zəvvarların Səudiyyə Ərəbistanına Həcc ziyarətinə səfərlərinin dayandırılmasını nəzərdə tutan qərar layihəsi imzalayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin mətbuat katibi Hüseyn Nəqavi Hüseyni məlumat verib.

Onun fikrincə, ciddə hava limanının təhlükəsizlik xidmətinin iranlı zəvvarlara qarşı yönələn qəddar münasibətləri son vaxtlar çox tez-tez baş verir. Mətbuat katibinin sözlərinə görə, komitə hesab edir ki, Məclis bütün zəvvarların bu ölkəyə səfərlərini Səudiyyə Ərəbistanı hakimiyyəti onların təhlükəsizliyinə tam təminat verənə qədər dayandırılmalıdır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə