Bakı Ali Neft Məktəbinə (BANM) müqəddəs “Qurani-Kərim” kitabı hədiyyə olunub. Modern.az-a bu barədə BANM-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində keçirilmiş “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfransda şərqşünas-alim, akademik Vasim Məmmədəliyev BANM-a Azərbaycan dilinə tərcümə olunmuş və nəfis tərtibatda çapdan çıxmış müqəddəs "Qurani-Kərim" kitabını hədiyyə edib.Kitab BANM-in rektoru Elmar Qasımova təqdim olunub.
Modern.az