Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlayan Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku, habelə aprelin 15-də Salyan rayon sakini Əhməd Məmmədovun mobil telefonunu oğurlaması da müəyyən edilib.
Modern.az