Modern.az

Sabahın hava PROQNOZU - 22 dərəcə isti

Sabahın hava PROQNOZU - 22 dərəcə isti

17 Aprel 2015, 13:49


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.  

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə