Modern.az

“I Avropa oyunları uşaqların gözü ilə” - FOTOLAR

“I Avropa oyunları uşaqların gözü ilə” - FOTOLAR

17 Aprel 2015, 14:50

Bu gün Bakı Dövlət Universitetində “Gənc istedadlar” liseyi və Nizami rayonu X.Quliyev adına 62 №-li məktəb-liseyin 3-cü sinif şagirdlərinin iştirakı, Parlament Jurnalistlər Birliyinin təşkilati dəstəyi ilə Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş “I Avropa oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq I Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətindən danışan rektor, eyni zamanda, Azərbaycanda idmanın Olimpiya və ya qeyri-Olimpiya növündən asılı olmayaraq bütün növlərinə dövlət qayğısından bəhs edib.

Sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı tədbir iştirakçılarını salamlayıb və keçirilən tədbir haqqında qonaqları  məlumatlandırıb.

Bədii kompozisiya hissəsində Avropa ölkələrinin bayraqlarını tutmuş oğlanlar və həmin ölkənin milli geyimini geyinən qızlar musiqi sədalarının müşayiəti ilə səhnəyə daxil olublar. Sonra Azərbaycan bayrağı gətirilib və dövlət himni səsləndirilib.

Şagirdlər mübarizə aparılacaq 20-dən çox idman növü üzrə nümunələr göstərib, şahmat fiqurları paltarlarını geyinərək bu oyunu nümayiş etdiriblər.  Avropa  oyunlarının simvolları olan ceyran və nar musiqi  sədaları  altında rəqs edirlər.

Ceyran deyib: “Qafqaz  dağlarından Xəzər dənizinin sahillərinədək  qonaqlara  ölkə  boyu  bələdçilik  edəcəyəm. Vətənimizin  gözəlliklərini  nümayiş etdirəcəyəm. Qoy  bütün  dünya  bilsin, Azərbaycan qədim  tarixə  malik  zəngin  bir  ölkədir. Nar: “Mən  naram.  Günəşi, yeni  idman növlərində iştirak etməyi çox sevirəm. Azərbaycan folklorunda birliyi, qardaşlığı tərənnüm edirəm. Bir-birindən maraqlı səhnəciklərlə davan edən tədbir Fikrət Əmirovun “Qarabağ  mirvarisi“ əsərinin sədaları altında kollektiv rəqslə başa çatıb.

Sonda 62 №-li məktəb-liseyin ibtidai sinif müəlliməsi Mehriban Allahverdiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə