Modern.az

Sülhəddin Əkbər ŞİKAYƏTLƏNDİ: "Bu, mənim üçün ağırdır"

Sülhəddin Əkbər ŞİKAYƏTLƏNDİ: "Bu, mənim üçün ağırdır"

17 Aprel 2015, 15:58


“Ötən ilin 6 iyulunda təsis etdiyimiz partiya bu günə qədər qeydiyyatdan keçməyib”. Bunu Modern.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, partiyanın qeydiyyatı ilə bağlı Ali Məhkəməyə müraciət ediblər.

“Bu ayın 29-da partiyanın qeydiyyatı məsələsinə Ali Məhkəmədə baxılacaq”,-deyə Sülhəddin Əkbər söyləyib.  

Partiya rəhbəri onu da deyib ki, təsis etdiyi təşkilatın qeydiyyata alınmaması onun üçün çox ağırdır.

““İstiqlalçı deputat”ın partiyasının qeydiyyatı alınmaması məndə təəssüf hissi doğurur. Məcbur edirlər ki, Avropa Məhkəməsinə müraciət edək. Mənim üçün öz hökumətimdən Avropa Məhkəməsinə müraciət etmək çox ağırdır”. 

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə