Modern.az

İraqda ABŞ konsulluğu qarşısındakı partlayışda 2 türk öldü

İraqda ABŞ konsulluğu qarşısındakı partlayışda 2 türk öldü

18 Aprel 2015, 10:20


İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında partlayış baş verib.  

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb. Türkiyə vətəndaşlarından 2-nin öldüyü,  5-nin isə yaralandığı bildirilir.

Türkiyənin Xarici işlər Nazirliyi faktı təsdiqləyib.  

ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İslam dövləti” terrorçu qruplaşması qruplaşması öz üzərinə götürüb.  

Sevinc Yasinqızı


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə