Modern.az

Sabahın hava PROQNOZU: Bakıda güclü külək olacaq

Sabahın hava PROQNOZU: Bakıda güclü külək olacaq

Təhsil

19 Aprel 2015, 17:07


Yaxın iki gün ərzində Bakıda şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Bu gecə axşam cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinin güclənəcəyi, axşam mülayimləşəcəyi gözlənilir. Aprelin 21-də də Bakıda nisbətən zəif şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında gecə 8-13, gündüz 17-22 dərəcə, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə