Modern.az

Azərbaycanı "Avroviziya 2015"də təmsil edəcək şəxsin səfər edəcəyi ölkələr – SİYAHI

Azərbaycanı "Avroviziya 2015"də təmsil edəcək şəxsin səfər edəcəyi ölkələr – SİYAHI

20 Aprel 2015, 10:37


Azərbaycanın "Avroviziya 2015" təmsilçisi Elnur Hüseynovun növbəti dəfə gedəcəyi ölkələrin siyahısı müəyyənləşib.

Modern.az saytı xəbər verir ki, Elnur aprelin 20-də Belçikanın Ghent şəhərində olacaq. O, Ment TV-yə qonaq olaraq öz musiqi videosunu təqdim edərək, müsahibə verəcək. Hasseltdə "TV-Limburg"-da ‘Hour of the Wolf’ mahnısını ifa edəcək.

Aprelin 22-də isə Elnur Yunanıstana səfər edəcək. Təmsilçimiz məşhur səhər verilişi "To Proino Mou"-ya çıxacaq. Elnurun Afina səyahətinə "Hello! Magazine" üçün fotosessiya və yunan mediası ilə bir neçə görüş də daxildir.

Təmsilçimiz daha sonra Amsterdam və Moskva şəhərlərinə gedəcək. Amsterdamda hər il keçirilən "Eurovision in Concert" bu il 20 ölkədən "Eurovision 2015" təmsilçilərini özünə cəlb edə bilib. Moskvada Elnur "Pre-Eurovision" konsertində digər ölkələrdən 10 təmsilçi ilə eyni səhnəni paylaşacaq.

Elnur son olaraq aprelin 26 və 27-də Gürcüstana səfər edəcək. Dərin house-tərzi bir konsertdə öz mahnısını təqdim edəcək. Aprelin 27-də bir səhər verilişinə qatılaraq, ardından yerli media ilə görüşəcək: Fortuna radio, Music Box televiziyası və başqa yerli media üzvlərinə müsahibələr verəcək.

Təmsilçimiz bu günə qədər Riqa və Budapeştdə olub.

Elnur Hüseynov mayın 21-də ikinci yarimfinalda 11-ci sırada çıxış edəcək.

Sevinc Yasinqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə