Modern.az

Dünyanın ən bakteriyalı xalqı – MARAQLI

Dünyanın ən bakteriyalı xalqı – MARAQLI

20 Aprel 2015, 12:06

 

Alimlər Venesueladakı Yanomami tayfasını dünyanın ən bakteriyalı xalqı adlandırıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, heç zaman müasir insanla təmasa girməyən tayfa nümayəndələrinin bağırsaqlarında alimlər ən müxtəlif bakteriyalar tapıblar.  

Bundan başqa, qan və DNT analizləri hesabına Yanomami tayfasının üzvlərində antibiotiklərə qarşı güclü immunitetin olduğu da müəyyən edilib. Onlarda aşkar edilən bakteriyaların bəziləri sağlamlıq üçün xeyirlidir – məsələn, böyrəkdə daş yaranmasına mane olur.

Digər tərəfdən, Yanomamilərin orqanizimndə bağırsaq çöpləri olsa da, anadangəlmə immunitet sayəsində onlar sağlamlıqla bağlı problem yaşamırlar.   Yanomami tayfası 2008-ci ildə Amazon cəngəlliklərini hərbi helikopterdə tədqiq edən ailmlər tərəfindən aşkar edilib.  

1 il sonra bir qrup alim yeni tapılmış xalqın nümayəndələrini araşdıraraq onların orqanizmini tədqiq etməyə başlayıblar.      

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə