Modern.az

"Türk dünyasının Eynşteyni” vəfat etdi

"Türk dünyasının Eynşteyni” vəfat etdi

20 Aprel 2015, 12:26


"Türk dünyasının Eynşteyni”  adlandırılan və dünyada mikrobiologiya sahəsində ilk professorlardan olan Doktor Oqtay Sinanoğlu dünyasını dəyişib.

Modern.az xəbər verir ki, komada olan alimin səhhətində heç bir irəliləyiş olmadığına görə məcburi şəkildə süni nəfəs aparatından ayrılıb.

Ötən həftə professorun həyat yoldaşı Dilək Sinanoğlu 4-5 gün ərzində professorun özünə gəlmədiyi surətdə həkimlər tərəfindən  süni nəfəs  aparatından ayrılacağını bildirmişdi.

Qeyd edək ki, Oqtay Sinanoğlu dünyada ən gənc professor adını alan alimlərdən biridir. Türkiyədə kimya və mikrobiologiya sahəsində son 300 ilin alimi hesab edilir. Oqtay Sinanoğlu dəfələrlə Nobel mükafatına  namizəd də göstərilib. Alimin ölüm xəbərini ilk olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.  

Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə