Modern.az

“Neftçi”nin keçmiş futbolçusu ermənilərlə davada öldürüldü

“Neftçi”nin keçmiş futbolçusu ermənilərlə davada öldürüldü

20 Aprel 2015, 13:18


Azərbaycanlı sabiq futbolçu, 28 yaşlı Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.

Modern.az «Report»a istinadən xəbər  verir ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb.

Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə