Modern.az

Bakıda dəhşətli yanğın - bir neçə maşın kül oldu - VİDEO

Bakıda dəhşətli yanğın - bir neçə maşın kül oldu - VİDEO

20 Aprel 2015, 17:16


Bakının Yasamal rayonu Tbilisi prospektində yerləşən yarımtikilidə güclü yanğın baş verib.

Modern.az saytı xəbər verir ki, alov maşınlara da keçib. Belə ki, yanğın nəticəsində ərazidəki bir neçə avtomobil yanaraq, külə dönüb.

FHN-nin yanğınsöndürmə briqadaları yanğının digər tikililərə keçməsinin qarşısını almağa çalışıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə