İran dövlət televiziyası Türkiyə serialları ilə bağlı tənqidi mövqe sərgiləyib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə İranın dövlət televiziyası bəyan edib ki, bu seriallar əslində türk mədəniyyətini və adətlərini hədəf alıb.
“Seriallar qeyri-qanuni əlaqələri, adam öldürmə və ər-arvadın xəyanətini təbliğ edir. Bu seriallar türk ailə institunu çökdürür, boşanma hallarının artmasına şərait yaradır”,-deyə bildirilib.Qeyd edək ki, İrandakı dövlət televiziya kanallarında yalnız dini motivli bəzi türk serialları verilir.
Aqşin Kərimov