Bu gün Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən belə məlumat verilib.
Diametri 530 mm-lik “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılması məqsədi ilə bu gün saat 1000-dan 1500-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.Modern.az