Müsavat Partiyası Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirəcək.
Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah məlumat verib.
Onun sözlərinə görə, müsavatçılar aprelin 24-də saat 12.00-da Bakıdakı türk liseyini ziyarət edəcək:
“Liseydə anım tədbirinin keçirilməsi planlaşdırılır. Partiyanın qərargahında isə İsa Qəmbərin sədri olduğu Düşüncə Mərkəzi aprelin 24-də qondorma erməni soyqırımı ilə bağlı tədbir keçirəcək”.
Elman Fəttah onu da əlavə edib ki, növbəti dəfə Bakı şəhər İcra Hakimiyyətinə yürüş keçirilməsi ilə bağlı məktubla müraciət ediləcək.
Sevinc Yasinqızı