Rusiyanın ən böyük neft şirkəti “Lukoyl”un prezidenti Vahid Ələkbərov dünya bazarlarında neftin indiki qiyməti ilə bağlı proqnozlar verib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Texasda neft konfransında çıxış edərkən neft qiymətlərinin minimum həddə çatdığını deyib: “Hesab edirəm ki, neftin qiymətinin ən minimuma düşməsi burğu işlərinin kifayət qədər aktiv olmaması ilə bağlıdır. Real qiymət bazara təzyiq edir”.
Vahid Ələkbərov Rusiyada neft hasilatının stabilləşəcəyini və orta perspektivdə bir qədər azalacağını deyib. Azərbaycan əsilli biznesmenin fikrincə, Volqaboyu və Qərbi Sibirdə neft hasilatı azalacaq, lakin Arktikada yeni yataqların istifadəyə verilməsi ilə bu göstərici artacaq.
Vüqar İsmayılov