Misirn sabiq dövlət başçısı Məhəmməd Mursi Qahirə məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstinin “HƏMAS” hərəkatı ilə əlbir olaraq Misir əsgərlərinin və polislərinin öldürülməsində, həbsxanaların yandırılmasında və məhbusların öldürülməsində ittiham olunan Mursi məhkəmədə təqsirkar bilinib.
O, 2012-ci il iyunun 30-dan 2013-cü il iyulun 3-nə qədər “Müsəlman Qardaşları” təşkilatının sədri kimi Misir prezidenti səlahiyyətlərini icra edib. 2013-cü il iyulun 3-də Baş Qərargah rəisi Əbdülfəttah əs-Sisi tərəfindən devrilərək həbs olunub.
Vüqar İsmayılov