Modern.az

Azərbaycanda məktəbli qızı zorlayanlar həbs olundular

Azərbaycanda məktəbli qızı zorlayanlar həbs olundular

21 Aprel 2015, 16:04

2015-ci il aprelin 16-da saat 14.00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

Modern.az saytı xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.

Rəsmi məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh  Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.

Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

***

Xatırladaq ki, hadisə Xaçmaz rayonunun Alekseyvka kəndində, Milli Qəhrəman Yavər Şahbazov adına orta məktəbin həyətindəki qız tualetində baş verib.

Məlumatlara görə, martın 16-da orta məktəbin 8-ci sinif şagirdi Nərminə Cəfərova adları çəkilən oğlanların hücumuna məruz qalıb. Oğlanlar onu zorla həyətdəki qız tualetinə aparıblar. Oğlanlar tualetdə qızı zorlayıblar.

Hadisə ilə əlaqədar bir neçə gün öncə Alekseyevkada kənd camaatı bir yerə toplaşaraq etiraz aksiyası keçirib.
Aksiyada iştirak edən kənd camaatı tələb ediblər ki, qızın başına biabırçı hadisəni gətirənlərin ailəsi orada yaşamasınlar. Kənd sakinləri arasında gənc qız sahibi olan valideynlər də bu hadisədən sonra övladlarını çölə tək buraxmağa qorxduqlarını bildiriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə