Modern.az

Şura TİKA ilə əməkdaşlıq Memorandumu imzalayacaq

Şura TİKA ilə əməkdaşlıq Memorandumu imzalayacaq

21 Aprel 2015, 15:35


Aprelin 22-də saat 15:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Modern.az xəbər verir ki, hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə