Türkiyə ilə əməkdaşlıq yüksək səviyyəyə qalxıb. Modern.az saytının məlumatına görə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2014-cü il üzrə illik hesabtında bildirilib. Qeyd edilib ki, Rusiyanın Türkiyə ilə energetika sahəsindəki əlaqələri strateji xarakter daşıyır.
Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərini xatırladan hesabatda göstərilib ki, bu, iki ölkə arasındakı münasibətlərin, siyasi dialoqun qurulmasında kulminasiya idi.Bununla yanaşı Rusiyanın Qərblə münasibətlərinə də yer ayrılıb.
“Ukraynadakı hadisələrə nəticəsində Rusiyanın Avropa Birliyi ilə əməkdaşlığı bütün istiqamətlər üzrə praktiki olaraq dondurulub. 2014-cü ildə qarşılıqlı əmtəə dövriyyəsi 8% azalıb”,-deyə bildirilib.
Aqşin Kərimov