Modern.az

Bakıda hoteldə 28 yaşlı şəxs bir nəfəri öldürüb, digərini isə yaralayıb

Bakıda hoteldə 28 yaşlı şəxs bir nəfəri öldürüb, digərini isə yaralayıb

22 Aprel 2015, 10:34


Bakıda qətl hadisəsi baş verib.

 Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb.

Hotelin nəzdində yerləşən idman zalında naməlum şəxs münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə