Modern.az

58006 abituriyent ali məktəb imtahanlarına iştirak ərizəsi verib

58006 abituriyent ali məktəb imtahanlarına iştirak ərizəsi verib

22 Aprel 2015, 12:04

Bu il ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir.
Modern.az saytı  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək.

Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

22 aprel saat 10:30-dək öz elektron ərizələrini doldurub təsdiq etmiş abituriyentlər haqqında statistik məlumatlar aşağıdakı kimidir:

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

20011

14067

13888

4273

52239

Rus

2345

1837

1147

438

5767

Cəmi

22356

15904

15035

4711

58006



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə