Moskva polisi quldurluqla məşğul olan 4 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, dəstə üzvlərindən 3-nün Azərbaycandan, 32 yaşlı daha bir üzvünün isə Qazaxıstandan olduğu müəyyən edilib.
Məlumata görə, ötən axşam saatalarında Moskvanın Runevka küçəsindəki ərzaq mağazasına hücum edən dəstə üzvləri satıcını tapançaya bənzər alətlə hədələyərək, 4,5 milyon rubl pulu oğurlayıblar.
Həbs edilən cinayətkar qrup üzvləri barəsində “bir qrup şəxslər əlbir olaraq, quldurluq etmə” maddəsi ilə cinayət işi açılıb.
Modern.az