Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın ciskinli olacağı, gecəyə doğru yağış yağacağı proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 23-də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Modern.az