Modern.az

AŞPA-da QALMAQAL: İsmət İnönünün nəvəsi “erməni soyqırımı”nı andı

AŞPA-da QALMAQAL: İsmət İnönünün nəvəsi “erməni soyqırımı”nı andı

22 Aprel 2015, 14:48


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında İŞİD-lə bağlı müzakirələr gedərkən Ermənistandan olan nümayəndə heyətinin üzvü “eynilə yüz il bundan əvvəl Osmanlı türklərinin ermənilərə etdiyini bu gün İŞİD Yaxın şərqdə xristianlara qarşı həyata keçirir”,-deyə bildirib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bundan sonra AŞPA sədri An Brassor ermənilərin təkidi ilə  uydurma soyqırımına görə bir dəqiqəlik sükut elan edib.  

Azərbaycan və Türkiyə nümayəndə heyətləri sayğı duruşuna qalxmamaqla buna etirazlarını nümayiş etdiriblər.  

Buna baxmayaraq Türkiyə Böyük Millət Məclisinin iki deputatı bir dəqiqəlik sükut zamanı ayağa qalxıblar. Onlardan biri ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə parlamentində təmsil olunan millət vəkili Gülsüm Bilgehan Tokerdir.

Onunla bərabər kürdlərin Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Nazmi Gür də ermənilərin xatirəsini yad edib.  

Məlumata görə CHP-nin keçmiş sədri Dəniz Baykal, Ədalət və İnkişaf Partiyasının (AKP), Milliyyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri azərbaycanlı deputatlarla birgə həmrəylik nümayiş etdiriblər.

Məlumat üçün bildirək ki, CHP-li Bilgehan Toker Türkiyənin 2-ci prezidenti İsmət İnönünün nəvəsidir.   

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə