Nepalda 45 hindistanlı zəvvarı daşıyan avtobus yoldan çıxaraq 300 metr yüksəklikdən çaya aşıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, faciədə 17 zəvvar ölüb, 28-i isə ağır xəsarətlər alıb.
Yol qəzası zəvvarlar Nepalın paytaxtındakı Paşupatinax məbəd kompleksini ziyarət etdikdən sonra geriyə - Hindistanın Qucarat ştatına qayıdarkən baş verib. Avtobusun 300 metdən dərəyə yuvarlanması yolun pis vəziyyətdə olması və sürücünün idarəetməni itirməsi ilə əlaqələndirilir.
Modern.az