Modern.az

Lavrov: “Putinin Yerevan səfəri Bakı və Ankara ilə münasibətlərə təsir göstərməyəcək”

Lavrov: “Putinin Yerevan səfəri Bakı və Ankara ilə münasibətlərə təsir göstərməyəcək”

22 Aprel 2015, 17:34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin Yerevan səfərinə toxunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı nazir bu səfərin Türkiyə və Azərbaycanla münasibətlərinə təsir etməyəcəyini deyib.

“Kütləvi cinayətin qurbanlarını yad etmək münasibətləri korlamaq üçün səbəb deyil. Biz Azərbaycan-Ermənistan və Azərbaycan-Türkiyə münasibətlərinin normallaşmasına tərəfdarıq. Bunun üçün çox işlər görürük, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində. Biz müntəzəm olaraq Azərbaycan və Ermənistan nümayəndələri ilə ünsiyyətdə oluruq. Ümid edirəm ki, münaqişənin həlli sürətlənəcək”.

Rusiya prezidenti V.Putin aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunacaq tədbirdə iştirak etmək məqsədilə Yerevana gedəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə